Qusarda yerləşən OKI CLINIC-da “Açıq qapı” aksiyası çərçivəsində sonsuzluğun müalicəsinə dair ödənişsiz həkim konsultasiyası keçiriləcək. Bu barədə ShimalNews 17 yanvar tarixində klinikanın rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

27 yanvar tarixində keçiriləcək aksiyada uroloq-androloqlar Dr. Qardaşxan Mamedov, Dr. Niyaməddin Aliyev, Dr. Emil Muxtarov pasiyentləri pulsuz qəbul edəcəklər.

Qəbula aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlayıb, öncədən yazılmaq lazımdır:

*0038;

(050) 597 16 47;

(023) 385 29 15, (023) 385-58-61.

Klinika Qusar şəhəri, F. Musayev küçəsi, 27 ünvanında yerləşir.