Xaçmaz şəhər Ç.Abdullayev adına məktəb şagirdləri idmanda yüksək nəticə göstəriblər. Sosial şəbəkələrdə paylaşılan bu xəbər haqqında ShimalNews 15 yanvar tarixində məlumat verir.
2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri Ayxan Mahmudov, Murad Şıxəliyev, Dəniz Həsənov, Nicat Qafarov təltif olunublar. Onlar karate, cudo, sərbəst güləş idman növləri üzrə yarışlarda qalib kürsüsünə qalxmışdılar. Qaliblərə diplom və medallar təqdim olunub.
İdmançılarımız “8 Noyabr Zəfər Günü” və “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş birincilikdə iştirak etmişdirlər.
