Xaçmaz rayonunda dəmir yolu keçidində faciəvi hallar baş verir. Bu haqda ShimalNews-a 14 yanvar tarixində izləyici məlumat verib.
“Burada illərdir ki, şlaqbaum yoxdur. Əlavə olaraq, işıqfor qatarın yaxınlaşması haqda məlumat vermir, çünki o işləmir. Burada avtomobil ilə qəzalar baş verir. Hətta 2-3 il öncə qatar qadının üstündən keçmişdir”, – deyə Nərəcan kənd sakini bildirib.
Daha öncə, Qusarçay kəndində “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus dəmiryol keçidində qəza baş verdiyi barədə məlumat vermişdik.