Qusarda karantin qaydalarını pozan şadlıq evinin sahibi həbs edilib. Bu barədə ShimalNews 14 yanvar tarixində trend-a istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimi aşkarlanıb. Nəticədə, obyektin sahibi Namidar Mustafayev məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 8 gün müddətinə inzibati həbs edilib.