Xaçmazda şəhidin xatirəsi anılıb. Bu haqda ShimalNews 12 yanvar tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Qalağan kənd kitabxana filialının əməkdaşları şəhid Muxtar Osmanovun məzarını ziyarət ediblər. Onlar məzarın önünə gül dəstələri qoyublar.

Muxtar 1988-ci ildə Canaxır kəndində anadan olub. Osmanov 2007-ci ilin sentyabr ayının 4-də Ağdamın Nemirli kəndi ərazisindəki səngərdə döyüş tapşırığını yerinə yetirərkən ermənilərin snayperdən açdığı atəş nəticəsində baş nahiyəsindən yaralanaraq şəhid olub. Təhsil aldığı Mehrəli Qışlaq kənd əsas məktəbi Muxtar Osmanovun adını daşıyır.