Xaçmaz gəncləri Xalçaçılıq muzeyində ekskursiyada olublar. Bu haqda ShimalNews 12 yanvar tarixində “xachmaz.gencleri” rəsmi Instagram səhifəsinə istinadən məlumat verir.

“İncə İlmələr” layihəsi çərçivəsində gənclər Xaçmaz rayonunda yerləşən Xalçaçılıq muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı iştirakçılar muzeydə sərgilənən Azərbaycanın Quba-Şirvan xalçaçılıq nümunələri və digər eksponatlar ilə tanış olublar. Bələdçi Dilarə Rüstəmova gənclərə muzey haqqında ətraflı məlumat verib və onların suallarını cavablandırıb.