Qusarlı şəhidin şəxsi əşyaları Tarix Muzeyində qorunur. Bu haqda ShimalNews 12 yanvar tarixində Azərtac-a istinadən məlumat verir.

Şəhid Murad Kəlbiyevin şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.

Murad 11 yanvar 1996-cı ildə Qusar rayonun Cibir kəndində anadan olub. O, Cəbrayıl və Füzulinin azad olunması əməliyyatlarında böyük fədakarlıq nümunəsi göstərib və şəhidlik zirvəsinə ucalıb. Kəlbiyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.