Xaçmaz rayon Padar kənd kitabxana filialı “Azadlığa qovuşan Şuşa” mövzusunda məlumat günü keçirib. Bu barədə ShimalNews 11 yanvar tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
Tədbirdə kitabxana əməkdaşları və məktəblilər iştirak ediblər. Giriş sözü ilə kitabxana filialının müdiri Məmmədova Aysənəm tədbir iştirakçılarını salamlayıb. O, şagirdlərə Şuşanın tarixi haqqında ətraflı məlumat verib. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılıb. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Bu gün biz tarixin “Şuşa ilində” yaşayırıq.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.