Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzində “Red Bull Qaçaqaç” adlı ekstremal yarışma keçiriləcək. Bu barədə ShimalNews 11 yanvar tarixində redbullaz İnstagram səhifəsinə istinadən məlumat verir.

Turnir 5-6 fevral tarixlərində baş tutacaq. Tədbir iştirakçıları, qarlı dağın zirvəsindən öz xizək və ya snoubordlarına doğru qaçıb, işarələnmiş yerdə sıçrayış edəcəklər. Finiş xəttində isə ilin ən böyük “Après-Ski” partisi təşkil olunacaq.

Qaliblər aşağıda qeyd olunan kateqoriyalar üzrə seçiləcək:

  • Ən sürətli snoubord sürən qadın;
  • Ən sürətli snoubord sürən kişi;
  • Ən sürətli xizək sürən qadın;
  • Ən sürətli xizək sürən kişi;
  • Öz geyim tərzi və ya bacarıqları ilə seçilən yarışçı.

Yarışa peşakar iştirakçılarla yanaşı həvəskarlar da qatıla bilər. Xizəkçilər və snoubordçular öz ləvazimatları və avadanlıqları ilə iştirak edə bilərlər.

Qeydiyyatdan link vasitəsilə keçmək mümkündür. Yerlər məhdud saydadır.