Şimal Ərazi Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub. Bu haqda ShimalNews-a 8 yanvar tarixində məlumat daxil olub.

Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qurumda çalışan rəhbər şəxslərlə bağlı əmr imzalayıb.

Əmrə əsasən, Rauf Rzayev Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə keçirilib. O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi idi.

Şimal bölgəsi Baş Gömrük İdarəsinin sabit rəisi Pərviz Rəhimov tutduğu vəzifədən azad edilərək Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə keçirilib.