Qusarlı qəhrəman şəhidin ildönümü qeyd olunub

7 Yanvar 2022, 18:55

Foto qusar_gencler_ve_idman_idaresi Instagram səhifəsindən

Qusarlı şəhid Sərvan Şahbazovun ildönümü qeyd olunub. Bu barədə ShimalNews 7 yanvar tarixində qusar_gencler_ve_idman_idaresi-nə istinadən məlumat verir.

Mərasimdə Gənclər və İdman idarəsinin əməkdaşları, rayon İH, YAP fəalları, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, kənd sakinləri, şəhidin qohumları və yaxınları iştirak ediblər. Onlar Sərvan Şahbazovun ruhuna dualar oxuyublar.

Daha sonra ailənin qayğıları və problemləri dinlənilib.

Şahbazov Qusarın 37 şəhidindən biridir. O, Xocavənd Maçkalaşen kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Sərvan ailəli idi və özündən sonra 1 övladı yadigar qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.