Qubanın kəndində rabitə xətləri yararsız vəziyyətdədir. Bu barədə ShimalNews-a 30 dekabr tarixində məlumat daxil olub.
Bu hal Vəlvələ kəndində müşahidə olunur. Naqillər bir-birinə dolaşıb və sallaq vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, internetin təchizatında tez-tez fasilə yaranır.
Daha öncə, Qubanın Yelenofka-Qımıl kənd istiqamətində telefon xətti dirəyinin aşması haqda məlumat vermişdik.

