- Qubanın ağ alması alın təri, halal zəhmət, bar, bərəkət, dosta sovqat, səadət simvolu və mənalı həyat rəmzidir.
- 6 oktyabr 2012-ci ildən Qubada hər il Alma bayramı keçirilir. Bu tədbirdə 30 xarici ölkədən gəlmiş 80 nəfərə yaxın qonaq iştirak edib. Onların arasında xarici ölkə səfirliklərin nümayəndələri, millət vəkilləri, elm xadimləri, incəsənət ustaları var idi.
- Qubada toy mərasimlərində gəlinin dalınca alma atmaq adəti mövcuddur. Qız evindən oğlan evinə göndərilən gəlin xonçalarına metal pullarla bəzədilmiş alma qoyulması adəti də var.
- Qubanın almasına həsr edilmiş “Qubanın ağ alması”[1] mahnısı var.
- Quba alması barədə qubalılar belə deyirlər:
“Bu yerlərin dağının adı Şahdağdır, düzünün adı Şah düzüdür.
Bağının adı Padşahlar bağıdır, bulağının adı Şahlar bulağıdır.
Meyvəsi də…meyvələrin şahı – almadır”.
- Qubada alma istehsalı 1974-cü və 1996-cı illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında daha da artmışdır.
- Qubada alma sezonu sentyabr-oktyabr aylarına düşür.
- Qubada 300-dən çox alma növü yetişdirlir.
- Quba bağlarının 13 min hektardan çoxunu alma bağları təşkil edir.
- Hər il Qubanın alma bağlarından 100 min tondan çox alma toplanılır.
İstinad edilən mənbələr:
- Ramiz Ramazanlı. Quba multikultural diyar. Bakı-2017.
- http://anl.az/down/meqale/medeniyyet/2012/oktyabr/267372.htm
- https://aybilet.az/quba/
- https://medeniyyet.az/page/news/10205/Sehrli-meyvenin-veteninde-Alma-bayrami.html?lang=ru
- https://vzglyad.az/news/146643/%D0%92-%D0%93%D1%83%D0%B1%D0%B5-%D0%BF%D1%80%D0%BE%D1%85%D0%BE%D0%B4%D0%B8%D1%82-%D0%9F%D1%80%D0%B0%D0%B7%D0%B4%D0%BD%D0%B8%D0%BA-%D1%8F%D0%B1%D0%BB%D0%BE%D0%BA.html
- https://azertag.az/xeber/Qubada_kechirilen_Alma_bayraminda_20_mine_yaxin_insan_istirak_edib_VIDEO-1341775