Qusar rayonu əhalisinin pərakəndə aldığı məhsulların çox hissəsi xaricdən gəlir. Bu barədə ShimalNews 29 dekabr tarixində Sfera.az-a istinadən məlumat verir.

Dövlət Statistika Komitəsi bildirir ki, qusarlılar əldə etdikləri malların 57.5%-ni idxal məhsulları təşkil edir.

Belə ki, 2013-cü ildə rayonda satılan malların 32.4%-i idxal mallarından ibarət olub. 2016-cı ildə bu göstərici 41%, 2018-ci ildə isə 51.6% təşkil edib.

2013-cü ildə 34.000.000 manatlıq idxal malları satılmışdırsa, 2020-ci ildə bu göstərici 112.000.000 manata çatıb. Bu, rayonda idxal mallarına tələbatın güclü olmasını təsdiqləyir.