Qubada 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Vətən Müharibəsi şəhidlərinin ailələri və övladları üçün şənlik keçirilib. Bu barədə ShimalNews 29 dekabr tarixində Quba Rayon İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbirdə İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Şənlikdə qonaq olan Şaxta baba və Qar qızı uşaqların sevincinə səbəb olublar. Burada uşaqlara müxtəlif hədiyyələr paylanılıb.

Qeyd edək ki, tədbir Rayon İcra Hakimiyyəti və “Vətən Naminə” ictimai birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.