Qubanın bazarında ilin sonunda ən çox istifadə olunan ərzaq qiymətləri ilə izləyicilərimizi tanış edirik. Bu barədə 29 dekabr tarixində ShimalNews-un muxbiri məlumat verir.

Əldə etdiyimiz məlumata görə, ortalama qiymətlər (1 kiloqram üçün): kartof – 0.90 manat; soğan – 0.50 manat; pomidor – 3 manat; xiyar – 3.70 manat; kələm – 1 manat; nar – 2 manat; banan – 3.50 manat; qoz – 4 manat; kişmiş – 5.50 manat; düyü – 3 manat; mal əti – 11 manat; qoyun əti – 13 manat.

Daha öncə, “Quba Meydanı”ndakı yarmarkanın keçirilməsi və qiymətləri ilə bağlı məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News