Quba sakini qanunsuz saxladığı silahla özünə xəsarət yetirib. Bu barədə ShimalNews 28 dekabr tarixində Daxili İşlər Nazirliyinin səhifəsinə istinadən məlumat verir.

Hadisə Qonaqkənd qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini E.Əhmədov ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəşdən topuq nahiyəsindən xəsarət alıb. Polis  əməkdaşları E.Əhmədovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngini müsadirə ediblər.

O, xəstəxanaya yerləşdirilib.