Xaçmazda yük qatarı və minik avtomobili toqquşub. Bu barədə ShimalNews 25 dekabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Hadisə Qusarçay kəndində “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus dəmiryol keçidində baş verib. “Nexia” markalı avtomobil, Rusiya istqamətindən hərəkət edən yük qatarı yaxınlaşdıqda, dəmir yolunun keçidindən keçmək isəyib. Bu zaman qəza baş verib.
Nəticədə qatar hərəkətini durdurub və avtomobillərdən ibarət tıxac əmələ gəlib.
Qəza ilə bağlı Xaçmaz xətt polis şöbəsində araşdırma başlanıb.