Qusarlı hərbçi Komando briqadasının komandiri təyin olunub. Bu barədə ShimalNews 25 dekabr tarixində Qafqazinfo-ya istinadən məlumat verir.
Dekabrın 24-də Hadrutda Azərbaycan Ordusunun yeni silahlı birləşməsi olan Komando Briqadasının hərbi hissəsinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, hərbi hissəyə döyüş bayrağını təqdim edib. Komando Briqadasının komandiri polkovnik Sanayev döyüş bayrağını təhvil alıb.
Qusar rayonunda anadan olan 45 yaşlı Sanayev Vətən müharibəsində iştirak edib. O, polkovnik rütbəsini Vətən müharibəsindən sonra alıb. Həmçinin hərbçimiz “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.