Xaçmazlı idmançı kempo idman növü üzrə 25-ci açıq respublika çempionatının qalibi olub. Bu barədə ShimalNews 24 dekabr tarixində rayon Gənclər və İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə və “Zəfər Günü”nə həsr edilmiş çempionat uşaq, yeniyetmə, gənclər və böyüklər arasında keçirilib. Xaçmaz rayonunu təmsil edən Dadaşov Orxan Tərlan oğlu 1-ci yeri tutaraq qızıl medala layiq görülüb.
Qeyd edək ki, çempionat “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutub.