Xaçmazlı məktəblilər idmanda qazandıqları nailiyyətlərə görə təltif ediliblər. Bu barədə ShimalNews 22 dekabr tarixində Xaçmaz rayon Arzu qəsəbə tam orta məktəbinin facebook səhifəsinə istinadən məlumat verir.

Şəhid Əkpərov Cabarın xatirəsinə həsr olunmuş kikboksinq üzrə yarış keçirilib. 6-cı sinif şagirdi Gündüz Mehyəddinov 1-ci yeri tutub.

“Dünya azərbaycanlılarının həmrəyliyi günü” nə həsr olunmuş sərbəst güləş üzrə yarışda isə Ramal İmamquliyev 1-ci yerə layiq görülüb. O, 6-cı sinif şagirdidir.

Bu münasibətlə Arzu qəsəbə tam orta məktəbində təqdim olunma mərasimi keçirilib. Qaliblər diplom və medalla təltif olunublar.