Qusarın Hil kəndində işıq təminatında fasilələr yaranıb. Bu barədə ShimalNews-a 22 dekabr tarixində məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, gecə saatlarından başlayaraq elektrik təminatı durdurulub.  Onlar əlavə ediblər ki, qar yağmağa başlayan kimi işıqlar sönüb. Mənzillərdə istiliyi təmin etmək üçün imkanı olan şəxslər elektrogeneratorlardan istifadə edir.

Həmçinin onlar bildirib ki, 2 gün öncə küləkli hava nəticəsində eyni vəziyyət yaranmışdır. Təminat bərpa ediləndən bir neçə saat sonra bir dəfə də fasilə yaranmışdır.