Şimal bölgəsində payız-qış aylarında ağaclara verilən gübrənin satış qiymətində artım müşahidə olunur. Bu barədə ShimalNews-a 22 dekabr tarixində məlumat daxil olub.
Bağbanlar bildiriblər ki, hər il qiymət artır. 3 il öncə “Ammofos” (50kq) – 25, ötən il – 45, bu il isə 65-70 manata satılır. Anbarlarda keçən ildən qalan məhsulu isə 52 manata tapmaq olur. Eyni dəyişiklik digər gübrələrin qiymətində də hiss olunur.
Satıcılar qiymət artımının səbəbini idxal ilə əlaqələndirirlər. Onların sözlərinə görə, gübrələr Rusiya, Ukrayna, Qazaxıstan və s. kimi xarici ölkələrdən gəlir.
