Xaçmaz rayonu Padar kənd kitabxana filialında tədbir baş tutub. Bu barədə ShimalNews 21 dekabr tarixində “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin facebook səhifəsinə istinadən məlumat verir.

Bu gün Nüsrət Kəsəmənlinin 75 illik yubileyinə həsr olunmuş “Sözləri nəğməyə çevirən şair Nüsrət Kəsəmənli” adlı məlumat günü keçirilib.

Burada kitabxanaçı Fəzilə Əhmədova şairə həsr olunmuş nitq söyləyib. Sonda isə kitabxananın fəal oxucuları şair Nüsrət Kəsəmənlinin şeirlərini səsləndiriblər.