Xaçmaz xalça muzeyində, Xalq rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Bu barədə ShimalNews 21 dekabr tarixində “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin Facebook səhifəsinə istinadən məlumat verir.
Tədbirdə mədəniyyət və incəsənət işçiləri iştirak ediblər. Burada Kamil Əliyevin həyat və yaradıcılığı haqqında söz açılıb. Onun yaratdığı çoxsaylı portret və zəngin ornamental xalçalar qiymətli mədəni sərvətimiz olduğu bildirilib.
Daha sonra Uşaq İncəsənət məktəbinin xareoqrafiya şöbəsinin şagirdləri rəqsləri ilə çıxış ediblər. Sonda isə rəssamlıq şöbəsinin müəllim və şagirdlərinin Azərbaycanın Milli Xalça çeşnilərinin eskizlərinin, dekorativ tətbiqi – sənət nümunələrinin sərgisinə baxış keçirilib.
Bu cür tədbirlər Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən keçirilir.