Qusarda işıq dirəklərinin lampaları dəyişdirilir. Bu barədə ShimalNews-a 20 dekabr tarixində məlumat daxil olub.

İşlər şəhərin Zərifə Əliyeva küçəsində görülür. Dirəklərə baxış keçirilir, sıradan çıxan lampalar dəyişdirilir və naqillərdə olan nasazlıqlar aradan qaldırılır. Texnika və işçi güvvəsi əraziyə cəlb olunub.

Daha öncə, Qusarın Hil kəndində yol boyu işıq dirəklərinin quraşdırılması haqqında məlumat vermişdik.