Qubada fındıqçılıq üzrə texniki sertifikat proqramı (TCP) çərçivəsində beş həftəlik təlimlər yekunlaşıb. Bu barədə ShimalNews 20 dekabr tarixində ADAU-ya (Azərbaycan Dövlət Aqrar Universiteti) istinadən məlumat verir.
Tədbir “Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda” aqrar institunun tələbələrinin iştirakı ilə baş tutub. Təşkilatçılar ADAU ilə USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), özəl Sektorun inkişafı layihəsi “Ferrero” şirkəti olub.
Sessiyanın nəzəri hissəsində mütəxəssislər məhsul yığımından sonrakı texnologiyalar, fındığın keyfiyyət parametrləri, dəyər zəncirinin optimallaşdırılması və təşkili, məhsulun izlənməsi və bazarın inkişafı mövzularını əhatə edib.
Daha sonra isə tələbələr praktiki olaraq institutun laboratoriyasında fındıq bitkisinin in vitro şəraitində çoxaldılması və maddi-texniki bazası ilə tanış olublar.
Təlimin sonunda imtahan sessiyasına hazırlıq məqsədilə iştirakçılara təlimat kitabçaları paylanılıb. İmtahan sessiyası yanvar ayı üçün nəzərdə tutulur. Nəticə göstərən iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.