Xaçmazda yeni il qabağı ev quşlarının qiymətləri məlum olub. Bu barədə ShimalNews-a 18 dekabr tarixində məlumat daxil olub.
Satıcıların sözlərinə görə, mövsüm ilə əlaqədar hindtoyuğu, qaz və ördək ətinə tələbat daha çox olur. Həmçinin onlar əlavə ediblər ki, ev quşları qar yağandan sonra daha dadlı olur.
Qiymətləri (diri quş üçün) izləyicilərimizə təqdim edirik: hindtoyuğu (fərə, təmizləndikdə təxmini 2 kiloqram) – 30-45 manat; qaz (diri) – 20-30 manat; ördək – 10-20 manat; toyuq və xoruz – 9-15 manat.