Qubalı idmançımız pauerliftinq üzrə bir gündə 3 Dünya rekorduna imza atıb. Bu barədə ShimalNews 18 dekabr tarixində Guba Quba facebook səhifəsinə istinadən məlumat verir.

Rusiyanın Moskva şəhərində WRPF VII Dünya Çempionatı keçirilir. Bu yarışda Elvin Müzəffərov “Deadlift” üzrə (251kq) və “Squat” üzrə (220kq) Dünya rekordunun sahibi olub. Eləcə də “Pench press”də 142,5kq (3 hərəkətin cəmində) Dünya Çempionu adına layiq görülüb.

Bu gün keçirilən yarışda idmançılar təkan pilləli ikiqat hərəkət, bench press, xalq bench press, deadlift, strict lifting for biceps, armlifting və streetlifting üzrə güclərini sınayır. Beləliklə Elvin Müzəffərov 67.5 kq çəki dərəcəsində yarışda iştirak edərək fəxri kürsünün ən yüksək yerinə yiyələnib.