Qubanın Alekseyevka kəndində bu gün ərzaq məhsullarına endirimlər var. Bu barədə ShimalNews-a 17 dekabr tarixində məlumat daxil olub.

Quba-Xaçmaz yolunun kənarında (Ülviyyə şadlıq sarayının yanında) “AL” market mağazası açılıb. Bu münasibətlə saat 22:00-dək satışda olan məhsullar aşağı qiymətə satılır.

Bəzi qiymətləri izləyicilərimizin diqqətinə çatdırırıq: günəbaxan yağı 5L – 17.25 manat, 4L – 15.65 manat; “Sultan Basmatı” düyü 2kq – 7.25 manat; “Berqa” paket çay – 1.59 manat.

Həmçinin çörək üçün 1+1 aksiyası (1 alana 1 hədiyyə) təşkil olunub.