Qubada “Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihəsinin icrası üçün qrant müqaviləsi imzalanıb. Bu barədə ShimalNews 16 dekabr tarixində Azərtac-a istinadən məlumat verir.

“Ot Kökləri” üzrə qrant yardımın həyata keçirilməsi yerli əhalinin sağlamlığına xidmətin inkişafına, ehtiyaca uyğun sayda təhsil müəssisələrinin təmin edilməsinə, yerli əhalinin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına öz töhfəsini verəcəyinə ümid edirəm. Bundan sonra müxtəlif sahələrdə yardımların göstərilməsini nəzərdə tuturuq”, – Yaponiya səfiri Vada Cüniçi deyib.

Qrant müqavilələrinin imzalanmasından sonra yerli qeyri-hökumət təşkilatları Yaponiya hökumətinə öz təşəkkürlərini bildiriblər. Daha sonra fikir mübadiləsi aparılıb.

Bu günədək “Ot Kökləri və İnsan Təhlükəsizliyi” proqramı üzrə 39.100.000 manat dəyərində 275 qrant müqaviləsi imzalanıb.