Xaçmazda mübahisə zəminində qonşusunu bıçaqlayan Xudat şəhər sakini Mərziyyə Qədiyeva saxlanılıb. Bu barədə ShimalNews-a 16 dekabr tarixində Report-a istinadən məlumat verir.

Araşdırmalar nəticəsində məlum olub ki, Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın ona qarşı nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. Bu səbəbdən qəzəblənən Qədiyeva evdən mətbəx bıçağını götürüb və Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedərək sonuncunu bıçaqlayıb.

Faktla bağlı araşdırma davam edir.

Daha öncə, həmin bıçaqlanma hadisəsi barəsində məlumat vermişdik.