Xudatın M.F.Axundov küçəsində təmir-bərpa işləri aparılır. Bu barədə ShimalNews-a 15 dekabr tarixində məlumat daxil olub.
Sözügedən küçədə çökmüş asfalt örtüyü yenilənir. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılır. Əraziyə işçi qüvvəsi və texnika cəlb olunub.
