Xaçmaz rayon Arzu qəsəbə tam orta məktəbin 3-cü sinif şagirdi “Kiçik yaşlı yeniyetmə və yeniyetmələr arasında Sərbəst Güləş üzrə Respublika turnir”ində gümüş medal qazanıb. Bu barədə ShimalNews 15 dekabr tarixində məktəbin facebook səhifəsinə istinadən məlumat verir.

“Zəfər Gününə” həsr olunmuş turnirdə məktəbli Adəm Məhərrəmli 23 kq çəki dərəcəsində çıxış edib. Adəm 2-ci yer tutduğuna görə diplom və medalla təltif olunub.