Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti dəfə vətəndaşlarla görüş keçirib. Bu barədə ShimalNews 15 dekabr tarixində İcra Hakimiyyətinin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Onlayn formatda keçirilən görüşdə Rzayev sakinlərin müraciətlərini dinləyib. Burada əvvəlcədən qəbula yazılan sakinlər iştirak edib.

Müraciətlər işə bərpa olunma, pensiya və müavinətlərin təyinatı, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yolların təmiri və digər məsələləri əhatə edib.

Elnur Rzayev qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.