Şimal bölgəsində oduncaq tədarük olunub. Bu haqqda ShimalNews 15 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər nazirliyinə istinadən məlumat verir.

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisi dekabrın 13-ü odun toplayıblar. Bu rəqəm Qusarda 35 və Xaçmazda 90 kub metr təşkil edib.

Ölkə üzrə ümumilikdə 540 kub metr həcmində oduncaq tədarük olunub.