Qubada Yeni il münasibəti ilə ödənişsiz psixoloq və loqoped qəbulu keçiriləcək. Bu haqda ShimalNews 15 dekabr tarixində məlumat verir.
Dekabrın 19-u psixoloq Aydan Məmmədlinin və defektoloq-loqoped Nicat Əliyevin təmənnasız qəbulu olacaq. Quba və şimal bölgəsinin sakinləri bu fürsətdən yararlana bilərlər.
Qəbul Viqas psixoloji və nitq inkişaf mərkəzində keçiriləcək. Öncədən qeydiyyatdan keçmək mütləqdir: 070 / 055 227 19 51. Ünvan : Quba ş.Fətəlixan 41A
Dəstəkçilər: Shimal.news @shimal.news və Viqas MMC.