Qubada Susay-Xınalıq avtomobil yolu çöküb. Bu barədə ShimalNews-a 15 dekabr tarixində məlumat daxil olub.

Yolun hərəkət hissəsi torpaq sürüşməsi nəticəsində çoküb. Sürücülərin sözlərinə görə, hərəkət üçün təklükəli vəziyyət yaranıb. Dumanlı hava şəraitində görmə imkanları məhdud olduğuna görə qəza baş verə bilər. Bu səbəbdən Qəçrəş-Xınalıq avtomobil yolundan istifadə olunur.

Daha öncə, Susay-Xınalıq avtomobil yolunun tikintisi haqqında məlumat vermişdik.