Qubanın Qırmızı Qəsəbəsində yol qəzası baş verib. Bu barədə ShimalNews-a 15 dekabr tarixində məlumat daxil olub.
Hadisə səhər saat 9:00 radələrində baş verib. “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı səkiyə çırpılıb. İlkin məlumata görə, xəsarət alan var. O, xəstaxanaya çatdırılıb.
Əraziyə yol polis əməkdaşları cəlb olunub.
