Qubada laboratoriya şəraitində 1 tumurcuqdan 100-lərlə tinq və calaqaltı hazırlanır. Bu barədə ShimalNews 15 dekabr tarixində AzTV-yə istinadən məlumat verir.
Meyvəçilik və çayçılıq elmi tədqiqat institutunda çalışan yerli mütəxəssislər xarici ölkələrdə təcrübə keçiblər. Onlar tərəfindən il boyu mikrokroanal çoxaltma üsulu ilə calaqaltılar yetişdirilir və çətin köklənən bitkilər böyüdülür.
“Biz onların hərəsinə uyğun dozada olan mikroelementləri istifadə edirik. Onlar üçün süni qida mühiti yaradırıq, yəni ki torpaqda lazım olan makro və mikro elementlər hansılardırsa, biz onlarla süni şəkildə bitkilərimizi təmin edirik”, – böyük elmi işçi Türkan Əlikişiyeva bildirib.
Beləliklə, əkin otağında çoxaldılan bitkilər qida mühitlik qablarda iqlim otağına köçürülür və 20-25 dərəcə temperaturda 3 həftə saxlanılır. Daha sonra isə əlverişli mühitdə ilkin adaptasiya və kökləndirmə mərhələləri başlayır.
Hal-hazırda ironiya bitkisi, mavi gilə, çay və üzüm bitkiləri istehsal olunur. Onlar aprel ayında açıq sahəyə köçürüləcək. İyul ayından oktyabradək isə calaq işləri görüləcək.