“Şahdağ Quba” futbol klubu bu gündən “Uğur” FK oldu. Bu barədə ShimalNews 15 dekabr tarixində klubun rəsmi instagram səhifəsinə istinadən məlumat verir.

Sumqayıtın “Uğur” futbol klubu “Şahdağ Quba”nın varisi elan olunub. Qərar 2021/2022-ci illər mövsümün “Region Liqası” əməkdaşlığı çərçivəsində qəbul olunub.

Həmçinin bildirilib ki, Qubada 5 yaş qrupundan ibarət uşaq komandaları, gənclərdən ibarət komanda fəaliyyətə başlayacaq.