Xaçmazda yüksək gərginlik xətlərinin yenilənməsi davam edir. Bu barədə ShimalNews-a 14 dekabr tarixində məlumat daxil olub.

Armudpadar kəndi ərazisində naqilçəkmə yekunlaşıb. Hal-hazırda işlər Yergüc kəndi ərazisində aparılır və sonda Üçgün kəndində bitəcək. Həmçinin, yeni elektrik transformatorların quraşdırılması planlaşdırılıb.

Daha öncə, adıçəkilən ərazilərdə yüksək gərginlik xətlərinin və yeni dirəklərin quraşdırılması haqqında məlumat vermişdik.