Xaçmazın Müxtədir qəsəbəsində 45 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. Bu barədə ShimalNews 14 dekabr tarixində report-a istinadən məlumat verir.
Belə ki, rayon sakini Ceyran Qədirova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Huşsuz vəziyyətdə olan qadına həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qədirovanın meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.