Kapital Bank Xaçmaz filialında “Müştərilərlə iş üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.

Namizədlərə dair tələblər:

  • Ali təhsil;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst danışmaq bacarığı
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Əla ünsiyyət bacarıqları;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

İş barəsində məlumat:

  • Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;
  • Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;
  • Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
  • Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
  • Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
  • Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
  • Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.

Maraqlanan şəxslər 13 yanvarədək https://hr.kapitalbank.az portalından qeydiyyatdan keçərək və ya [email protected] mail ünvanına öz CV-lərini göndərərək müraciət edə bilərlər.