Xaçmazda küçələrin birində yaranmış natəmizlik aradan qaldırılıb. Bu barədə ShimalNews-a 14 dekabr tarixində məlumat daxil olub.
Bir müddət öncə Nəriman Nərimanov küçəsi 10 ünvanında müşahidə olunan bu vəziyyət öz həllini tapıb. Ərazidə təmizlik işləri aparılıb. Zibillik təmizlənib.
Xatırladaq ki, bir həftə öncə buradaki natəmizlik haqda məlumat vermişdik.