Qusar rayonunun Həzrə kəndində çəkilən “Soyuq günəş” filminə həsr olunan görüş keçirilib. Bu barədə ShimalNews 13 dekabr tarixində Azərtac-a istinadən məlumat verir.

Tədbir AzMİU-da (Azərbaycan Memarlıq və İnşaat Universitetində) gənc müğənni Elvira Heydərovanın ifasında filmin soundtreki ilə başlayıb. Burada baş rollarda çəkilən İranə Kərimova və Mirsənan Kazımov, ssenari müəllifi Sədaqət Kərimova, quruluşçu rejissoru Elşən Zeynallı və tələbələr iştirak ediblər.

Əsərlə bağlı tələbə və müəllimlərin sualları cavablandırıb. Bildirilib ki, çəkilişlər həmçinin Türkiyədə aparılıb. İş prosesində maraqlı hadisələr, hava şəraiti ilə bağlı çətinliklərdən danışılıb.

Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Bayram Aslanov bildirib ki, “Soyuq günəş” bədii filmi müharibə problemləri və məhəbbət mövzusunda çəkilib. Burada ləzgi xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini əks etdirilib. Filmdə Yarmət və Yarqunatın sevgi hekayəsindən bəhs olunur. Görüşün sonunda “Soyuq günəş” filmi nümayiş olunub.