Qubalı fermerlər damcı suvarma sisteminə keçirlər. Bu barədə ShimalNews-a 14 dekabr tarixində məlumat daxil olub.

Bağ sahibləri bildiriblər ki, son zamanlar su qıtlığı yeni üsulların tətbiqinə təkan verib. Beləliklə suya qənaət, mineral və gübrələrin bərabər paylanması təmin olunur. Üstəlik ağaclar arasındakı ot az inkişaf edir, torpaq eroziya və aşınmadan qorunur. Ən əsası isə məhsuldarlığın yüksək olacağına dair güvən yaranır.

Damcı suvarma üsulu suyu az dozalar ilə, birbaşa bitkiyə tələb olunan miqdarda çatdırır. Ərazidə təpələr və ya çuxurların olmasından asılı olmayaraq, bu üsulla bütün bitkilər suyu eyni miqdarda qəbul edir.