Balaca Quba sakinləri üçün yeni il şənlikləri təşkil olunacaq. Bu barədə ShimalNews 14 dekabr tarixində sosial şəbəkələrdə paylaşılan məlumata əsasən xəbər verir.

Dekabrın 18-i “Alma bağı” restoranında Şaxta baba, Qar qız, Dim-dik (kloun), panda, alov və musiqili şou əyləncələr təşkil olunacaq. Ətraflı məlumat üçün +994 55 916 32 13/ +994 55 645 75 16. Ünvan: Quba rayonu, Qəçrəş yolu.

Dekabrın 20-i “Mələk Uşaq Əyləncə mərkəzi”ndə, yeni il münasibəti ilə əyləncəli şou proqram  təşkil olunacaq. Burada Şaxta baba və kloun iştirakı ilə tamaşalar baş tutacaq. Həmçinin, yeməklər süfrəni bəzəyəcək. Biletləri əldə etmək üçün nömrə +994 50 406 67 99.

Daha öncə, Qubada “Mələk Əyləncə Mərkəzi” fəaliyyətə başlayacağı haqqında məlumat vermişdik.