Quba rayonunda məktəb müəllimi könüllü olaraq STEAM dərsi təşkil edib. Bu barədə ShimalNews-a 14 dekabr tarixində Cimi kənd tam orta məktəbinin facebook səhifəsinə istinadən məlumat verir.

“Sayrışan işıqlar” adlı layihə bu gün Vidadi Məmmədsalahov adına Cimi kənd tam orta məktəbində dərslər yekunlaşdıqdan sonra keçirilib.

İnformatika müəllimi Zeynəb Məmmədli, rəhbər etdiyi 5-ci sinif şagirdləri ilə micro: bit (kiçik kompyuter) vasitəsi ilə yaratdıqlarına “LED BAYRAQ” adı veriblər.