Qubada lentə alınmış film, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə, televiziyada nümayiş olunacaq. Bu barədə ShimalNews 14 dekabr tarixində İctimai TV-nin rəsmi İnstagram səhifəsinə istinadən məlumat verir.

Komediya janrında lentə alınan filmin çəkiliş prosesi bir müddət öncə yekunlaşıb. Bol gülüş, yumor, məhəbbət dolu real hadisələrə əsaslanan “Həmrəylik günü” bədii filmini 31 dekabr axşam saatlarında İTV-də izləyə bilərsiniz.

Qeyd edək ki, quruluşçu rejıssor Emil Quliyev filmin ssenarisini istedadlı aktyor, teleaparıcı Azər Aydəmirlə birgə qələmə alıb.